Bank Of Baku

Sərdar Cəlaloğlu: “Müxalifət davamlı iş aparsa, şəhərin mərkəzində aksiya keçirmək hüququnu bərpa edə bilər”

Sərdar Cəlaloğlu: “Müxalifət davamlı iş aparsa, şəhərin mərkəzində aksiya keçirmək hüququnu bərpa edə bilər”
# 02 may 2008 14:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Sərbəst toplaşmaq azadlığının bərpa olunması üçün bütün müxalifət partiyaları birgə addımlar ata bilər. Hakimiyyət və müxalifət bu məsələni birgə həll etməlidir”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. O bildirib ki, şəhər rəhbərliyinin mitinqlərə icazə verməməsi qanuna ziddir, bununla ölkə Konstitusiyası və beynəlxalq öhdəliklər pozulur. Partiya sədrinin fikrincə, müxalifət bu istiqamətdə davamlı iş aparsa, şəhərin mərkəzində aksiya keçirmək hüququnu bərpa edə bilər: “Cəmiyyətdə boş yerdən problem yaratmağa ehtiyac yoxdur. Bizim partiya hələlik mitinqlərlə bağlı qərar qəbul etməyib. Ona görə də bu məsələdə fəallıq nümayiş etdirmirik. Amma Müsavat hesab edir ki, mitinqlər çox vacibdir, şəhər rəhbərliyi isə bunun qarşısını qeyri-qanuni şəkildə almağa çalışır. Müsavatın müraciət etdiyi yerlərin birində aksiya keçirməyə tam hüququ var”. S. Cəlaloğlu mitinqlər mövzusunda hakimiyyətlə hər hansı dialoqun aparılmasına ehtiyac görmədiyini də söyləyib: “Qanunun hər müddəasını həyata keçirmək üçün dialoq aparılsa, bu proses sonsuzluğa qədər davam edər. Qanun varsa, hamı ona əməl etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR