Azərbaycan Mətbuat Şurasının sədri: “Son söz həmkarlarımın və qurultayındır”
- Azərbaycan Mətbuat Şurasının yaradılmasından 5 il ötür. Ötən müddətə nəzər salanda Sizcə, Mətbuat Şurası özünü doğrulda bilibmi?
- Beş il həqiqətən az müddət deyil. Amma yenicə formalaşmaqda olan bir qurum üçün bunu o qədər də böyük vaxt hesab etmək olmaz. Ölkə mediasının durumunda, KİV-in, jurnalistlərin müxtəlif qütblərlə münasibətlərində mənfi tendensiyalar elə dərinləşirdi ki, bu məsələləri nizamlayacaq, körpü yaradacaq quruma ciddi ehtiyac var idi. Əslində 2003-cü il martın 15-də keçirilən birinci qurultayında Mətbuat Şurasının təsis olunması bu sahə ilə bağlı cəmiyyətin sosial sifarişinin yerinə yetirilməsi demək idi. Burada əsas diqqətəlayiq cəhət şuraya media-ictimaiyyət, media-hakimiyyət münasibətlərinin tənzimlənməsini həvalə edənlərin sırasında bütün qütblərin nümayəndələrinin olması idi. Belə etimad Mətbuat Şurasına hökumət, müxalifət və müstəqil KİV-lərlə bağlı məsələləri maneəsiz müzakirələrə çıxarıb, qərarlar, rəylər qəbul etməyə, tərəfləri bir araya gətirən mötəbər tədbirlər düzənləməyə imkan verib. Ötən beş ilin ən önəmli cəhəti budur ki, Mətbuat Şurası cəmiyyətdəki dayaqlarını möhkəmləndirib. Quruma inamla yanaşılır, insanlar vəzifəsindən, mövqeyindən asılı olmayaraq bu kontekstdəki məsələlərin Şura ilə çözülməsinə üstünlük verir. Nəticədə vətəndaş cəmiyyəti quruculuğunun mühüm təzahürlərindən sayılan qarşılıqlı anlaşma mühitinin bərqərar olmasına əyani xidmətlər göstərilməkdədir. Şura daha nələrə nail olub, ictimai gözləntiləri nə dərəcədə doğruldub? Bunlara ətraflı aydınlıq gətirmək çox vaxt aparardı. Qurultayda hesabatlar vermişik. Əgər MDB məkanındakı oxşar qurumları təsis etmək istəyənlər Bakıda keçirilən beynəlxalq tədbirdə təcrübəmizi müsbət dəyərləndirərək, bundan yararlanmaq istəyirlərsə, deməli, yalnız özümüz üçün yox, qonşulara da örnək ola bilmişik. İndi Mətbuat Şurasının öz ofisi var. Unudanlara xatırladım ki, vaxtilə kiçik bir kollektivlə “RUH” Jurnalistləri Müdafiə Komitəsinin iki darısqal otağına sığınmışdıq. Günümüzün 10-12 saatı orada keçib. Ofislə təmin olunmaq üçün 2 il yarım müxtəlif instansiyalarla yazışmışıq. Ünvanladığımız məktubların sayı 50-yə yaxındır. İlyarım da qolumuzu çırmalayıb təmir işi aparanlara kömək etmişik. Giley üçün demirəm, nə etmişiksə jurnalistika, Mətbuat Şurası üçün etmişik.
- Mətbuat Şurası İdarə Heyəti jurnalistlərin V qurultayının keçirilməsi ilə bağlı qərar qəbul olunub. Amma bildiyimizə görə, İdarə Heyətinin əksər üzvləri qurultayın payızdan sonra keçirilməsinə tərəfdar olub...
- Mən bu iclasla bağlı çox məsələləri açıqlamaq istəməzdim. İndinin özündə də bəzi məsələlər barədə danışmamağı üstün tuturam. Kim obyektiv, kim subyektiv idi, kim fərdi marağına ictimai maraq görüntüsü verməyə çalışırdı, özləri bilər, Allahları bilər. Yalnız onu deyə bilərəm ki, əksəriyyətin fikrini mən də müdafiə etsəydim, qurultay ilin sonunda keçirilə bilərdi. Bu, daha optimal variant idi, prinsipcə başladığımız bir sıra mühüm işlərin yekunlaşmasına vaxt qazanırdıq. Nizamnaməyə dəyişiklik təklifi də gündəmə gəlməzdi. Xahiş etdim ki, gecikməyinə gecikmişik, bir neçə ay o tərəf-bu tərəfə nə fərqi, indi gücümüzü mətbu mühitimizin bizdən gözlədiyi işlərə sərf edək. Cəmi bir neçə nəfər qurultayın təcili keçirilməsini tələb etdi. Tam əksəriyyət əks mövqe tutdu. Yersiz dedi-qodulara son qoymaq üçün İdarə Heyəti üzvlərindən xahiş etdim ki, qurultayın iyunda keçirilməsinə razılıqlarını versinlər. Mən istədim ki, hər şeyə qurultayda aydınlıq gətirilsin. İdarə Heyətinin üzvləri də mənim bu təklifimi dəstəklədilər.
- Qurultayın keçirilmə günü müəyyənləşibmi?
- Hələlik deyə bilmərəm. Təxminən iyunun 15-20-də ola bilər. Konkret günün təyini hazırlığın səviyyəsindən asılı olacaq. İlk hazırlıq işlərini, demək olar, yekunlaşdırmışıq. Aprelin 16-da İdarə Heyətinin iclasında Təşkilat Komitəsi yaradılıb. Əvvəllərdə olduğu kimi Təşkilat Komitəsi İdarə Heyəti üzvlərindən formalaşdırılıb. Prosedur sənədlərin toplanması, ümumiləşdirilərək Təşkilat Komitəsinə təqdim olunması 5 nəfərdən ibarət işçi qrupuna tapşırılıb.
- Mətbuat Şurasının Nizamnaməsinə dəyişikliklərlə bağlı söhbətlər getməkdədir”¦
- Bu məsələ hələ ötən qurultayda qaldırılmışdı. Qətnaməyə daxil edildi və İdarə Heyətinə növbəti qurultay üçün təkliflərin hazırlanması tapşırıldı. Bununla bağlı iş gedir. Burada qeyri-adi heç nə yoxdur. Hər təşkilatın öz Nizamnaməsinə dəyişikliklər, əlavələr etmək onun müstəsna hüququdur. Həmin dəyişikliklərin təsdiqlənməsini isə qurultay edir və bu zaman fərdlərin yox, ümumiyyətin fikri əsas götürülür. Jurnalistlər cəmiyyətin ən aktiv üzvləridir. Mediamızın bu günü, sabahı üçün daha çox narahat olan insanlardır. Onlara nəyisə təlqin eləmək mümkün deyil. Əminəm ki, sağlam düşüncə üstün gələcək.
Bəziləri belə təsəvvür yaratmaq istəyirlər ki, biz qurultaya bir nəfərin, daha konkret desək, mənim yenidən sədr seçilməyim üçün gedirik. Amma belə mövqedə olanlar yaddan çıxarırlar ki, qurultay 5, 10, 50 nəfərin yığıncağı deyil. Hazırda 155 üzvümüz var, təxminən 20-yə yaxınının Şura ilə əlaqələri kəsildiyindən, MŞ-nin Nizamnamə tələblərinə əməl etmədiklərindən bu qurultayda iştirakları sual altındadır. Nizamnamənin 4.3 maddəsinə əsasən, qurultayda nümayəndəlik normasını və nümayəndələr seçmə qaydasını Şura sədri müəyyənləşdirir. Bizə üzv olan KİV-lər üçün hazırladığımız tövsiyə məktubunda göstərilir ki, qurultaya nümayəndələri media quruluşlarının özləri seçməlidir. Qərara gəlmişəm ki, gündəlik qəzetlərin, informasiya agentlikləri və jurnalist təşkilatlarının hərəsindən iki, həftəlik və aylıq nəşrlərin, jurnalların hərəsindən bir nümayəndənin təmsilçiliyi daha optimal variantdır. Kİmlərsə irad tuta bilər ki, bu azdır. Praktikaya əsasən deyə bilərəm ki, söhbət seçimin daha keyfiyyətindən, qurultayın daha mütəhərrik keçirilməsindən gedir. Birinci qurultayı yada salmağımız kifayətdir. Gecə saat 2 idi, amma diskussiyalar, seçimlər yekunlaşmaq bilmirdi.
- Bəzi KİV-lərin qurultayda iştirakının sual altında olduğunu vurğuladınız. Söhbət hansı KİV-dən gedir?
- Çox təəssüf ki, elə tanınmış üzvlərimiz var ki, onlar Nizamnamənin başlıca tələblərindən olan üzvlük haqlarının ödənilməsinə əhəmiyyətsiz yanaşırlar. Üzvlük haqını heç ödəməyən !0-a yaxın KİV var. Yəqin ki, onlara güzəşt etməyimiz üzvlük haqqını ödəyən KİV-lər tərəfindən müsbət qarşılanmaz və pis tendensiya yaradar. İstəməzdim ki, bu KİV-lər qurultaya məşvərətçi səslə qatılsınlar.
- Yenidən sədr seçilmək niyyətiniz varmı?
- Mətbuat Şurası önəmli və həssas dövrünü yaşayır. Əslində çox işlər görə bilərdik, çox işlər də görülməli idi. Amma gücümüzün çox hissəsini təşkilatlanmaya, quruculuğa sərf etdik. Obyektiv və subyektiv səbəblərdən nəzərdə tutduqlarımızın, vəd etdiklərimizin bir qisminə nail ola bilmədik. Amma çox ağır mərhələ arxada qalıb. Daha effektiv fəaliyyətə real imkanlar yaranıb. Görüləsi işlərsə çoxdur. Medianın iqtisadi durumunun yaxşılaşdırılması sahəsində təcili tədbirlərin gerçəkləşdirilməsinə ehtiyac var. Tezliklə mediaya dövlət dəstəyinin reallaşdırılmasına başlanacaq. Bura acınacaqlı vəziyyətdə olan reklam bazarının təxirəsalınmaz tədbirlərlə genişləndirilməsi, uzunmüddətli kreditlərin, qrantların ayrılması, və s. daxildir. Həmçinin jurnalistlərin sərbəst peşə fəaliyyətlərinin təminatı ilə bağlı problemlər var. İnformasiya alınmasından onun cəmiyyətə çatdırılmasınadək olan bütün mərhələlərdə mediaya normal fəaliyyət imkanları yaradılmalıdır. Elə mexanizm tətbiq olunmalıdır ki, jurnalistin cəmiyyətlə, əsasən də məmurlarla bağlı media müstəvisindəki insidentləri məhkəmədə deyil, Mətbuat Şurasında həllini tapsın. Jurnalistlər üçün əsas məsələlərdən biri də maddi problemlərinin həlli ilə bağlıdır. Jurnalistlərimizin əksəriyyəti kirayədə qalır, maddi durumları ağırdır, onların bu problemlərinin həlli üçün xüsusi proqramların qəbulunun vaxtı çatıb. Digər ölkələrdə olduğu kimi bizim də paytaxtımızda jurnalist şəhərciyi yaradılması yaxşı olardı. Bu məsələlərin həlli üçün özümdə güc və iradə hiss edirəm. Seçim isə qurultayın və həmkarlarımındır.

Daxili siyasət
Ziyafət Əsgərov: Prezidentin Şuşa Forumunda "Biz yalnız özümüzə güvənə bilərik" çağırışı dövlətçilik strategiyasının əsas prinsipidir
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb
Milli Məclisin növbədənkənar sessiyasının son iclası başlayıb