Bank Of Baku

Türkiyədə “Azərbaycanın istiqlalının 90-cı ilində M. Ə. Rəsulzadə” adlı konfrans keçiriləcək

Türkiyədə “Azərbaycanın istiqlalının 90-cı ilində M. Ə. Rəsulzadə” adlı konfrans keçiriləcək
# 13 may 2008 11:51 (UTC +04:00)
Ankara. Mayis Əlizadə - APA. “Türk dunyasinin fikir memarlari” silsiləsindən birinci beynəlxalq konfrans Məhəmməd Əmin Rəsulzadəyə həsr ediləcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, konfrans mayın 31-də Ankarada, Türkiyənin dini işlər idarəsinin iclas salonunda keçiriləcək. KÖK Strateji və Sosial Araşdırmalar Fondunun təşkil etdiyi konfransa Azərbaycan Milli Məclisinin deputatı Nəsib Nəsibli də dəvət olunub. Fonda bağlı olan Krım-Qafqaz Araşdırmaları İnstitutu hər 6 aydan bir “”˜Türk dünyasının fikir memarları” silsiləsindən konfrans keçirməyi planlaşdırır. “Azərbaycanın istiqlalının 90-cı ilində M. Ə. Rəsulzadə” adlı ilk konfransda Türkiyənin də bir neçə elm adamı çıxış edəcək.
Qeyd edək ki, KÖK Strateji və Sosial Araşdırmalar Fondu Qazi Universiteti Türkiyyat Araşdırmaları İnstitutunun keçmiş direktoru, professor Cihat Özöndər tərəfindən yaradılıb. 2007-ci il iyulun 22-də Milliyyətçi Hərəkat Partiyasından millət vəkili seçilən C. Özöndər iyulun 26-da mandatını almağa gedərkən avtoqəzaya düşərək dünyasını dəyişib. Türkiyənin bir sıra görkəmli elm və dövlət adamlarının daxil olduğu fondun İdarə Heyətinə hazırda mərhum professorun xanımı Səma Özöndər başçılıq edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR