Bank Of Baku

Tramp: İranı demək olar ki, Daş dövrünə qaytarmışıq

​​​​​​​ABŞ Prezidenti Donald Tramp

© APA | ​​​​​​​ABŞ Prezidenti Donald Tramp

# 14 iyul 2026 11:24 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini və Hörmüz boğazına nəzarətin ABŞ-da olduğunu bildirib.

APA xəbər verir ki, Tramp bu barədə “Newsmax” telekanalının "Finnerty" proqramına müsahibəsində danışıb.

"Son dörd ay ərzində biz İranı demək olar ki, Daş dövrünə qaytarmışıq. Onlarda hələ də müəyyən sayda raket və məhdud imkanlar qalıb, lakin ümumilikdə onları tamamilə başqa bir dövrə qaytarmışıq", - ABŞ Prezidenti bildirib.

Müsahibə zamanı aparıcının "Hazırda Hörmüz boğazına kim nəzarət edir? Biz, ya İran? Yoxsa boğaz neytral zonadır?" sualını cavablandıran Tramp ABŞ-ın boğaza nəzarət etdiyini vurğulayıb.

"Bəli, boğaza biz nəzarət edirik. Onlar problem yarada, xoşagəlməz addımlar ata bilərlər, amma nəzarət bizdədir", - Tramp qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR