Bank Of Baku

AXCP ilə Müsavat Partiyası arasında yenidən problem yaranıb

AXCP ilə Müsavat Partiyası arasında yenidən problem yaranıb
# 13 may 2008 13:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Müsavat Partiyasının “Azadlıq” bloku ilə heç bir problemi yoxdur. Biz bu bloku Rusiyaya işləməkdə ittiham etməmişik. Ona görə də blokun nümayəndələrinin Müsavat Partiyasının ünvanına ağır ittihamlar səsləndirməsi absurd və gülüncdür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. Onun sözlərinə görə, “Azadlıq” blokunun təmsilçiləri “Yeni Müsavat” qəzetində yazılmış bir məqaləni əsas götürərək neçə gündür ki, Müsavat Partiyasını hədəfə götürüblər: “Əgər hansısa qəzet və ya onun əməkdaşı iddia edirsə ki, “Azadlıq” bloku Moskvanın maraqlarına uyğun siyasət yeridir, cavab qəzetə verilməlidir, Müsavat Partiyasına yox. Xüsusilə ona görə ki, hamıya, o cümlədən bizi ittiham edən şəxslərə də məlumdur ki, Müsavat Partiyasının “Yeni Müsavat” qəzeti üzərində heç bir nəzarəti yoxdur”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov isə blokun Moskvaya işləməsi ilə bağlı informasiyaların arxasında Müsavat rəhbərliyinin dayandığını söyləyib. Onun sözlərinə görə, burada məqsəd bloku nüfuzdan salmaqdır: “AXCP-nin və “Azadlıq” blokunun Moskva ilə heç bir əlaqəsi yoxdur. Bu kimi fikirlərin ortaya atılması ictimai rəyi çaşdırmağa xidmət edir”. H. Kərimov bu məlumatın Müsavata yaxın qəzetdə getdiyini əsas gətirərək, belə informasiyaların yayılmasında həmin partiyanın rəhbərliyinin də əlinin olduğunu düşünür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR