Bank Of Baku

“Rusiya-Azərbaycan münasibətləri: inkişafın yeni mərhələləri. Moskva və Bakı politoloqlarının mövqeləri” adlı videokörpü keçirilib

“Rusiya-Azərbaycan münasibətləri: inkişafın yeni mərhələləri. Moskva və Bakı politoloqlarının mövqeləri” adlı videokörpü keçirilib
# 13 may 2008 13:53 (UTC +04:00)
Bakı. Ülviyyə Əliyeva-APA. Rusiya və Azərbaycan politoloqları arasında “Rusiya-Azərbaycan münasibətləri:inkişafın yeni mərhələləri. Moskva və Bakı politoloqlarının mövqeləri” adlı videokörpü keçirilib. APA-nın məlumatına görə, Moskva Karnegi Mərkəzinin Elmi Şurasının üzvü Aleksey Malaşenko bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində nə bu il, nə də yaxın vaxtlarda kardinal dəyişiliklər gözləmir. Onun sözlərinə görə, Dağlıq Qarabağ Rusiya üçün regionda rıçaq rolunu oynamır və məsələ bu kontekstdən artıq çoxdan çıxıb. Rusiya-Azərbaycan münasibətlərinin inkişafına gəlincə, politoloq bildirib ki, bu münasibətlərin pozitiv gələcəyi var. Rusiyalı politoloq Aleksey Vlasovun sözlərinə görə, Rusiyanın yeni prezidentinin siyasət kursu əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənməyəcək. Azərbaycanlı politoloq Rəşad Rzaquliyev bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycan Rusiyanın dəstəyinə deyil, öz potensialına güvənir: “Çünki bu, Azərbaycanın daxili işidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR