Bank Of Baku

Həsən Kərimov: “Parlament Seçki Məcəlləsinə əlavə və dəyişikliklər etdikdən sonra kütləvi aksiyalara başlayacağıq”

Həsən Kərimov: “Parlament Seçki Məcəlləsinə əlavə və dəyişikliklər etdikdən sonra kütləvi aksiyalara başlayacağıq”
# 13 may 2008 14:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Milli Məclis Seçki Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı qərar qəbul edəndən sonra “Azadlıq” bloku kütləvi aksiyalara başlayacaq. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov APA-ya bildirib ki, qanuna təklif olunan əlavə və dəyişikliklər bloku qane etmir. Müxalifət partiyalarının buna ümumi etiraz aksiyalarının təşkil olunmasının vacibliyini bildirən H. Kərimov hesab edir ki, bu taktika ciddi nəticə verə bilər: “Amma bizim mövqeyimiz ondan ibarətdir ki, Seçki Məcəlləsinə bu cür dəyişikliklərdən kim narazıdırsa, kim boykot tərəfdarıdırsa, blokun təşəbbüsünə qoşula bilər. Amma konkret olaraq bununla bağlı hələ müzakirə aparmamışıq. Çünki indiki situasiyada mövqeyi naməlum olan təşkilatlarla müzakirə aparmağa ehtiyac yoxdur. Mövqeyində israrlı olan yalnız “Azadlıq” blokudur və bu məsələdə biz öndə olacağıq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR