Bank Of Baku

“Gənc Liderlər”: “Bir neçə uşaq təşkilatı və 200-ə yaxın məktəbli Gülər Əhmədovanı Respublika Uşaq Təşkilatının sədri kimi tanımadıqlarını bəyan ediblər”

“Gənc Liderlər”: “Bir neçə uşaq təşkilatı və 200-ə yaxın məktəbli Gülər Əhmədovanı Respublika Uşaq Təşkilatının sədri kimi tanımadıqlarını bəyan ediblər”
# 13 may 2008 14:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. “Gənc Liderlər” Uşaq Təşkilatı, Bakı Məktəbliləri Parlamenti və 200-ə yaxın məktəbli Gülər Əhmədovanı Respublika Uşaq Təşkilatının sədri kimi tanımadıqlarını bəyan ediblər. Bu gün “Gənc Liderlər” Uşaq Təşkilatı bununla bağlı bəyanat yayıb. Qurumdan APA-ya daxil olan bəyanatda bildirilib ki, millət vəkili Gülər Əhmədova uşaqlara qarşı hörmətsizlik edib. Belə ki, bu gün Az.TV-nin “Etimad” proqramının studiyasında millət vəkili ilə proqramın iştirakçısı olan uşaqlar arasında gərginlik yaranıb. Millət vəkili uşaqlarla bağlı qanunlar qəbul olunan zaman onların fikirlərinin öyrənilməsinə ehtiyac olmadığını deyib: “Bu fikrə etiraz edəndə isə Gülər Əhmədova uşaqları təhqir etdi və hətta deputat həmkarı Məlahət Həsənovanın yaratdığı Respublika Uşaq Parlamentini “oyuncaq qurum” adlandırdı”. Təşkilatın sədri Fərid Şahbazlı da APA-ya belə bir faktın baş verdiyini və bəyanat yaydıqlarını bildirib.
Millət vəkili Gülər Əhmədova isə məsələyə şərh vermək istəməyib.
Millət vəkili Məlahət Həsənova isə G. Əhmədovanın ittihamlarına münasibət bildirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR