Bank Of Baku

Moskvada nəşr edilmiş “Azərbaycan Demokratik Respublikası - 90” kitabının təqdimatı keçirilib

Moskvada nəşr edilmiş “Azərbaycan Demokratik Respublikası - 90” kitabının təqdimatı keçirilib
# 13 may 2008 14:26 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. Bu gün sabiq diplomat Ramiz Abutalıbovun tərtibçiliyi ilə Moskvada nəşr edilmiş “Azərbaycan Demokratik Respublikası - 90” kitabının təqdimatı keçirilib. APA-nın məlumatına görə, kitaba ön söz yazan Aleksandr Qaryanin tarixin Azərbaycan Demokratik Respublikasına az möhlət verdiyini bildirib. Professor Şirməmməd Hüseynov isə tarixçi alimləri fəal olmağa çağırıb: “Cümhuriyyət tarixinin tədqiqi və işıqlandırılması üçün xüsusi göstəriş tələb olunmur. Hər kəs bacardığı qədər ümumi işə yardım göstərməli, məqalələr çap etdirməlidir”. Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, millət vəkilləri Cəmil Həsənli, Həvva Məmmədova, professor Vaqif Sultanlı, tədqiqatçı Nəsiman Yaqublu və digərlərinin çıxışlarında cümhuriyyət tarixinin, ilk müstəqil respublikanın dövlət quruculuğunun öyrənilməsinin zəruriliyi, o dövrü əks etdirən materialların nəşrinin vacibliyi qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR