Bank Of Baku

Təbriz Universitetinin bir qrup tələbəsi aksiya keçirib

Təbriz Universitetinin bir qrup tələbəsi aksiya keçirib
# 13 may 2008 14:38 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. İranın Təbriz Universitetinin bir qrup tələbəsi tədris müəssisəsində təhsil alan azərbaycanlılara qarşı təzyiqlərin dayandırılması tələbi ilə aksiya keçirib. Dünya Azərbaycanlıları Konqresinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mayın 11-də keçirilən aksiya zamanı tələbələr universitet rəhbərliyindən və ali məktəbin təhlükəsizlik şöbəsindən tələbələrə qarşı təzyiq və təhdidləri dayandırmağı tələb ediblər. Aksiyada azərbaycanlıların milli hüquqlarının müdafiəsi tələbi ilə fəaliyyət göstərən tələbələrin ali məktəbdən çıxarılması pislənib. Piket iştirakçıları tələbə dərnəklərinin fəaliyyətinin bərpasını da istəyiblər.
Qeyd edək ki, İranın azərbaycanlılar yaşayan şəhərlərində fəaliyyət göstərən universitetlərdə indiyə qədər onlarla tələbə dərnəyinin fəaliyyətinə xitam verilib. Bəzi dərnəklərin rəhbərləri isə pantürkizmdə ittiham edilərək barələrində həbs-qətimkan tədbiri seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR