Bank Of Baku

Boris Qrızlov: “Azərbaycan rəsmiləri ilə görüşlərdə Xəzər hövzəsi ölkələrinin Parlament Assambleyasının yaradılması təklifi ilə çıxış etmişik”

Boris Qrızlov: “Azərbaycan rəsmiləri ilə görüşlərdə Xəzər hövzəsi ölkələrinin Parlament Assambleyasının yaradılması təklifi ilə çıxış etmişik”
# 13 may 2008 15:03 (UTC +04:00)
Rusiyada bu yaxınlarda prezident seçkisinin keçirildiyini xatırladan Duma sədri qeyd edib ki, yeni prezident Dmitri Medvedyev əvvəlki siyasəti davam etdirəcək. Azərbaycanda prezident İlham Əliyev, spiker Oqtay Əsədovla görüşdüyünü deyən B. Qrızlov görüşlərdə Moskva-Bakı-Tehran dəmiryolu layihəsi ilə bağlı müzakirə aparıldığını vurğulayıb. B. Qrızlov Rusiyanın Dağlıq Qarabağ probleminin həllində mövqeyinin dəyişməz olduğunu söyləyib: “Biz ATƏT-in Minsk Qrupu çərçivəsində danışıqlar aparılmasını dəstəkləyirik. Rusiya tərəflərin əldə edəcəyi istənilən razılığı dəstəkləyəcək. Görüşlərdə Xəzər hövzəsi ölkələrinin Parlament Assambleyasının yaradılması təklifi ilə çıxış etmişik”. B. Qrızlov Rusiyanın Cənubi Osetiya və Abxaziya ilə bağlı problemin həllində maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Dövlət Dumasında deputatlar Cənubi Osetiya və Abxaziyanın müraciətinin müzakirəyə çıxarılmasını istəyirlər: “Bu problemin həlli istiqamətində Gürcüstan rəsmiləri müsbət addımlar görməmişik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR