Bank Of Baku

Sabir Rüstəmxanlının İranın dini liderinə ünvanladığı açıq məktuba cavab verilib

Sabir Rüstəmxanlının İranın dini liderinə ünvanladığı açıq məktuba cavab verilib
# 13 may 2008 15:45 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının İranın dini lideri Seyid Əli Xamneyiyə ünvanladığı açıq məktuba cavab verilib. Konqresdən APA-ya verilən məlumata görə, İranın www.jahannews.com adlı saytında S. Rüstəmxanlı İranın daxili işlərinə qarışmaqda günahlandırılıb. Saytda bildirilib ki, “Dünya Azərbaycanlıları Konqresi adlı bir qurumun sədri olan Sabir Rüstəmxanlı ötən həftə İran rəsmilərinə ünvanladığı açıq məktubda Tehranın İran İslam Respublikasında yaşayan azərilərə qarşı siyasətini tənqid etməyə və bununla da açıq-aşkar İranın daxili işlərinə qarışmağa təşəbbüs göstərib”.
S. Rüstəmxanlı www.jahannews.com adlı saytda yer alan bu fikirləri İranın rəsmi mövqeyi kimi qiymətləndirib: “İran rəsmiləri insan hüquqlarının qorunması ilə bağlı məsələnin heç bir dövlətin daxili işi olmadığını dərk etməlidirlər. İran məsələyə bu cür münasibət bəsləməklə özünə haqq qazandıra bilməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR