Bank Of Baku

GAMOH BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının üzvlüyünə qəbul olunub

GAMOH BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının üzvlüyünə qəbul olunub
# 20 may 2008 15:55 (UTC +04:00)
Brüssel. Fəxri Kərimli-APA. Brüsseldə BMT-də Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatının toplantısı keçirilib. APA-nın məlumatına görə, mayın 15-17-də baş tutan toplantıda türkdilli xalqları Güney Azərbaycan Milli Oyanış Hərəkatının təmsilçisi Aydın Qaraxanlı, Krım Tatar Milli Məclisinin sədri Mustafa Cəmilov, Dünya Uyğur Qurultayının sədri Rəbiyyə Qədir və İraq Türkmən Cəbhəsinin nümayəndələri təmsil ediblər. Toplantı iştirakçıları Tibetdə baş verən son iğtişaşları zor gücünə yatıran Çin rəhbərliyinə etiraz əlaməti olaraq yaxalarına qırmızı lent bağlayıblar. 18 aydan bir keçirilən UNPO qurultayında GAMOH Cənubi Azərbaycanın nümayəndəsi olaraq təşkilat sıralarına qəbul olunub. Bütün iştirakçılar tərəfindən yekdilliklə qəbul olunan GAMOH adından müvafiq sənədə təşkilatın ofis rəhbəri Aydın Qaraxanlı imza atıb. UNPO Baş Məclisinin müvəqqəti sədri Mitee Ledum GAMOH təmsilçisinə bu qurumun bayrağını təqdim edib və Güney Azərbaycan bayrağını təhvil alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR