Bank Of Baku

Piter Semnebi yaxın günlərdə Azərbaycana səfər edəcək

Piter Semnebi yaxın günlərdə Azərbaycana səfər edəcək
# 21 may 2008 08:31 (UTC +04:00)
Bakı. Tamara Qriqoryeva-APA. Yaxın günlərdə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi növbəti dəfə Azərbaycana səfər edəcək. Bu barədə APA-ya açıqlama verən Piter Semnebi səfər zamanı ölkədə seçkiqabağı vəziyyətlə yaxından tanış olmaq istədiyini bildirib: “Azərbaycanda prezident seçkilərinin necə keçiriləcəyi barədə indidən fikir söyləmək çətindir. Amma ümid edirik ki, hər şey yaxşı olacaq”. Piter Semnebi həmçinin Milli Məclisdə Seçki Məcəlləsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əlavə və dəyişikliklərin müzakirəsi ilə də maraqlanacağını bildirib. Avropa İttifaqının Cənubi Qafqazda xüsusi nümayəndəsi bildirib ki, Dağlıq Qarabağa səfər etməyi planlaşdırsa da, səfərin tarixini hələ də müəyyənləşdirməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR