Bank Of Baku

Əli Həsənov: “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə dövlət səviyyəsində bir sıra tədbirlər keçiriləcək”

Əli Həsənov: “Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi münasibətilə dövlət səviyyəsində bir sıra tədbirlər keçiriləcək”
# 21 may 2008 12:49 (UTC +04:00)
Dövlət rəsmisi AXC-nin 90 illik yubileyi ilə bağlı prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, təhsil, elm və mədəniyyət müəssisələrində xüsusi konfrans və toplantıların keçirilməsinin planlaşdırıldığını deyib: “Mayın 26-da Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyinə həsr olunan böyük elmi-praktiki konfrans keçiriləcək. Həmin gün Filarmoniyada yubiley münasibətilə konsert proqramı da təşkil olunacaq”. Ə. Həsənovun sözlərinə görə, Milli Məclisin AXC-nin 90 illiyinə həsr olunmuş xüsusi iclası da keçiriləcək. Bundan başqa, Azərbaycan prezidentinin iştirakı ilə Gülüstan sarayında xüsusi tədbir təşkil olunacaq: “Yekun olaraq, mayın 28-də Milli Parkda konsert və digər tədbirlərin keçirilməsi nəzərdə tutulur”. Ə. Həsənov yubiley tədbirlərinin mayın 28-dən 30-dək müxtəlif ali məktəblərdə, elm-təhsil ocaqlarında davam etdiriləcəyini deyib. Dövlət rəsmisi, həmçinin AXC-nin 90 illik yubileyi ilə bağlı əfv fərmanının və ya amnistiya aktının imzalanmasının gözlənilmədiyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR