Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb.
APA-nın xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin saat 12:00-a olan verdiyi məlumata əsasən, seçici fəallığının ən yüksək olduğu dairə 2 saylı Şərur Seçki Dairəsidir.
Bu seçki dairəsində seçici fəallığı 27,60 faiz olub.
Saat 12:00-a olan məlumata görə, seçici fəallığının ən aşağı olduğu dairə 47 saylı Mingəçevir Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 13, 01% olub.