Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2431 nəfər müraciət edib.
APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib.
MSK sədri bildirib ki, müraciət edən şəxslərin 2354 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib: “Onlardan 2247 nəfəri imza vərəqələrini artıq götürüb, 1764 nəfəri imza vərəqələrini qaytarıb, 934 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.
M. Pənahov qeyd edib ki, namizədliyi qeydə alınan şəxslərin 185 nəfəri 16 siyasi partiyanın irəli sürdüyü namizədlər siyahısında olan şəxsdir: “ 6 nəfərin namizədliyi təşəbbüs qrupları, 743 nəfərin namizədliyi isə öz təşəbbüsü ilə irəli sürülüb”.
Namizədliyi qeydə alınan 934 nəfərdən 267 nəfəri 22 partiyanın üzvüdür.
Deputatlığa namizədlərin sayı 934 nəfərə çatıb
11 yanvar 2020 17:47 (UTC +04:00)
Daxili siyasət
Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib
12:39
6 may 2024
İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib - YENİLƏNİB
17:15
4 may 2024
Borclunun əmlakının tələbkarın adına rəsmiləşdirilməsi proseduru müəyyənləşdirilib
15:04
4 may 2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
15:30
3 may 2024