MSK Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verib

MSK Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrindən birinin səlahiyyətinə xitam verib
# 12 yanvar 2020 14:14 (UTC +04:00)

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən siyasi partiyalardan birinin səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilib.

APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Milli Məclisə seçkilərdə səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı Vəhdət Partiyasının müraciətinə baxılıb.

İclasda Vəhdət Partiyasının səlahiyyətli nümayəndəsinin səlahiyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edilib.

Xatırladaq ki, Vəhdət Partiyasının MSK-da 12 səlahiyyətli namayəndəsi qeydiyyatdan keçmişdi. MSK-nın son qərarı ilə partiyanın səlahiyyətli münayəndələrinin sayı 11 nəfər olub.

Qeyd edək ki, hazırda MSK-da 20 siyasi partiyanın – Vətəndaş və İnkişaf Partiyası, Yeni Azərbaycan Partiyası, Ümid Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Ana Vətən Partiyası, Azərbaycan Təkamül Partiyası, Müsavat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vəhdət Partiyası, Demokratik İslahatlar Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası və Müasir Müsavat Partiyasının səlahiyyətli nümayəndələri qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR