Bank Of Baku

MSK sədri: ”Namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün 3500-ə yaxın yer ayrılıb”

MSK sədri: ”Namizədlərin seçkiqabağı təşviqatlarının aparılması üçün 3500-ə yaxın yer ayrılıb”
# 30 noyabr 2019 11:57 (UTC +04:00)

"Azərbaycanda dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı proseslər Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilir".

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, bu gündən etibarən namizədlərin seçkiqabağı təşviqat mərhələsinə başlanılıb: “Qanunvericiliyin tələblərinə uyğun olaraq, onlara açıq və qapalı məkanlarda yerlər ayrılmalıdır. Artıq həmin ünvanlar dairə seçki komissiyalarının lövhələrində asılıb. MSK tərəfindən də nəzarətdədir. 3500-ə yaxın belə ünvan var. Onların təxminən 1700-dən çoxu açıq, qalanları isə qapalı məkanlardır. Hesab edirəm ki, namizədlərə bütün imkanları yaratmışıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR