"Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar olaraq 5020280 seçki büllteninin böyük əksəriyyəti çap olunub".
APA-nın xənbərinə görə, bunu MSK sədrinin müavini Rövzət Qasımov deyib.
MSK sədrinin müavini bildirib ki, dekabrın 16-dək çap prosesinə yekun vurulması nəzərdə tutulub: “Bununla da bütün dairə seçki komissiyalarının hər biri bülletenlərlə təmin olunacaq”.
Qeyd edək ki, sonuncu bələdiyyə seçkiləri 2014-cü il dekabrın 23-də keçirilib.