Millət vəkili Tahir Kərimli Milli Məclisin bu gün keçirilən iclasında qadınların Bakıda keçirdiyi aksiyaya “Amnesty İnternational” təşkilatının münasibətindən danışıb.
APA-nın məlumatına görə, T. Kərimli qeyd edib ki, “Amnesty İnternational” Azərbaycanda qadınların cəsarətlə ortaya çıxıb gender bərabərliyi tələb etdiklərini bildirib: “Halbuki onlar cəsarət göstərmir, əxlaqsızlıq edirlər”.