Rusiyalı ekspert: “Şəhərlərə zərbə endirməyə başlamaqla bağlı rəsmi bəyanat vermək birmənalı olaraq Haaqa tribunalı deməkdir”

Rusiyalı ekspert: “Şəhərlərə zərbə endirməyə başlamaqla bağlı rəsmi bəyanat vermək birmənalı olaraq Haaqa tribunalı deməkdir”
# 04 oktyabr 2020 15:05 (UTC +04:00)

“Tanınmamış “DQR-in” lideri Araik Arutunyan Azərbaycan şəhərlərindəki hərbi obyektlərə zərbələr endirməyə başladıqlarını açıqlayıb. Təsadüfən bu terrorizm deyil?” APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

Onun sözlərinə görə, mülki obyektlərə və dinc əhaliyə zərbələr endirmək olmaz: “Təəssüflər olsun ki, hərbi əməliyyatlar zamanı bundan tamamilə qaçmaq mümkün deyil. Lakin şəhərlərə zərbə endirməyə başlamaqla bağlı rəsmi bəyanat vermək artıq qırmızı xəttin keçilməsi, birmənalı olaraq Haaqa tribunalı deməkdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR