Milli Məclis sədri Sahibə Qafarova deputatların köməkçilərinin təyinatı məsələsinin həllini tapmaq üzrə olduğunu bildirib.
APA-nın məlumatına görə, parlamentin bu gün keçirilən iclasında S. Qafarova deyib ki, yalnız 3 deputat - Cəbi Quliyev, Aydın Hüseynov və Ülvi Qulyiev sənədlərini təqdim etməyib.
Spiker həmin deputatların da köməkçilərin sənədlərini təqdim etdikdən sonra deputat köməkçilərinin birlikdə təsdiqlənəcəyini söyləyib.