Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) xüsusi seçki fonduna daxil olan vəsaitin həcmi açıqlanıb.
APA-nın Mərkəzi Seçki Komissiyasının saytına istinadən verdiyi məlumata görə, fiziki şəxslərin könüllü ianəsi hesabına YAP-ın xüsusi seçki fonduna 453300 manat vəsait toplanıb.
Qeyd edək ki, YAP-ın seçki fonduna 250 manatdan çox məbləğdə ianə köçürən vətəndaşların sayı 200 nəfərdir.