Bank Of Baku

Aviasiya təhlükəsizliyinin yoxlanılmasında yararsız odlu silahlardan istifadə ediləcək

Aviasiya təhlükəsizliyinin yoxlanılmasında yararsız odlu silahlardan istifadə ediləcək
# 01 noyabr 2023 12:22 (UTC +04:00)

Təhlükəsizlik sisteminin yoxlanılmasında yararsız vəziyyətə gətirilmiş odlu silahlardan sınaq nümunələri kimi istifadə ediləcək.

APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərarında əksini tapıb.

Qərara əsasən, təhlükəsizlik sisteminin sınağının nümunələri müasir təhdidlərin səviyyəsinə (o cümlədən keramik odlu silah, qeyri-standart partlayıcı qurğular, maye partlayıcı maddələrdən hazırlanmış qurğular, elektron cihazlarda gizlədilmiş partlayıcı qurğular və s.) və baxış avadanlıqlarının funksional imkanlarına uyğun olaraq işlənilib hazırlanır və mütəmadi olaraq yenilənir.
Təhlükəsizlik sisteminin sınaq nümunələrinin tərtib edilməsi və onların istifadəsi üçün aşağıdakılar nəzərə alınır:

- tətbiq edilməsi nəzərdə tutulan təhlükəsizlik sisteminin sınaq nümunələri ICAO-nun tələblərinə uyğun olmalıdır;
- əhalinin təhlükəsizliyinə, hava limanlarına (aeroportlara) məxsus obyektlərə, istehsalat prosesinə və sınaqlarda iştirak etməyən şəxslərin fəaliyyətinə təhdid yaratmamalıdır;
- əşyaların təhlükəsizlik sisteminin sınaq nümunələri olmasını təsdiq edən işarələr olmalıdır.

Odlu silahlardan sınaq nümunələri kimi istifadə edildikdə onlar atışa yararsız vəziyyətə gətirilir.

Odlu silahlardan ayrılmış vəziyyətdə olan sursatlardan sınaq nümunələri kimi istifadə edilmir.

Odlu silahların mulyajlarından o şərtlə istifadə edilir ki, baxış avadanlıqlarında yaranan təsvirlər əsl silahın fiziki və texniki xassələrini əks etdirir.

Odlu silahların sınaq nümunələrini yalnız əl yükündə istifadə etmək olar.
Qeyri-standart partlayıcı qurğuların sınaq nümunələri partlayış qabiliyyəti olmayan materiallardan hazırlanır və görünüşcə həqiqi partlayıcı qurğulara oxşadılır.
Qeyri-standart partlayıcı qurğuların sınaq nümunələrində əsas partlayıcı maddənin kütləsi və digər komponentlərin hər biri (gərginlik mənbəyi, naqillər, partlayış qabiliyyəti olmayan detonator, saat mexanizmi) və ya bir neçəsi olmalıdır.

Rentgen qurğusunun istifadəsi üzrə sınaqlar keçirildikdə, qeyri-standart partlayıcı qurğuların sınaq nümunələri sərnişinlərin adi əl yükünə bənzər xüsusi konteynerlərə yerləşdirilir.
Adi rentgen qurğusundan istifadə etməklə sınaqlar keçirildikdə, qeyri-standart partlayıcı qurğuların sınaq nümunələri təhlükəsiz materiallardan hazırlanır, lakin yaranan təsvirlərdə həqiqi partlayıcı maddə kimi əks olunur.

Alqoritmli rentgen qurğusundan istifadə etməklə sınaqlar keçirildikdə, qeyri-standart partlayıcı qurğuların sınaq nümunələri təhlükəsiz xüsusi materiallardan hazırlanmalı və yaranan təsvirlərdə həqiqiliyə uyğunluğun təmin edilməsi üçün sıxlığı və atom çəkisi həqiqi partlayıcı maddəyə uyğun olmalıdır.
Partlayıcı maddələrin izini aşkarlayan qurğulardan istifadə etməklə sınaqlar keçirildikdə, həmin qurğuların aşkaretmə və xəbərdarlıq siqnallarının verilməsi imkanlarını yoxlamaq məqsədilə qeyri-standart partlayıcı qurğuların sınaq nümunələrində kiçik miqdarda həqiqi partlayıcı maddə olmalıdır.

İnsan bədənini yoxlayan baxış avadanlıqlarından istifadə etməklə sınaqlar keçirildikdə, qeyri-standart partlayıcı qurğuların sınaq nümunələri insan bədənində elə yerləşdirilir ki, real qanunsuz müdaxilə aktının baş verməsinə şərait yaradan hal kimi qiymətləndirilsin.

Stasionar və portativ (əl) metalaxtaran qurğularından istifadə etməklə sınaqlar keçirildikdə, təşvişə və ya münaqişəyə səbəb ola biləcək amillər aradan qaldırılmalıdır.
Kəsici-deşici alətlərin sınaq nümunələri təsərrüfat və ya məişət alətlərindən ibarət ola bilər. Bu sınaq nümunələri əl yükündə rentgen qurğusundan sınaqdan keçirildikdə, həmçinin stasionar və portativ (əl) metalaxtaran qurğularından istifadə etməklə təhlükəsizlik sisteminin sınağı keçirildikdə istifadə olunur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR