Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib
# 08 iyul 2021 20:07 (UTC +04:00)

8 iyul 2021-ci il tarixində Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının növbəti iclası keçirilib.

APA xəbər verir ki, Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda Holdinqin Baş icraçı direktoru Ruslan Əlixanovun cari ilin birinci yarımilində görülmüş işlər barədə hesabatı dinlənilib, Holdinqin idarəetməsinə verilmiş portfel şirkətlərin “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” və “AzerGold” QCS-lərin diaqnostikasının nəticələri və digər cari məsələlər müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR