Bank Of Baku

Azərbaycan Prezidentinin köməkçisi: Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır

Zeynal Nağdəliyev, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri

© APA | Zeynal Nağdəliyev, Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri

# 10 iyul 2024 11:45 (UTC +04:00)

Seçkiqabağı təşviqat üçün bütün namizədlərə bərabər şərait yaradılmalıdır.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Zeynal Nağdəliyev qeyd edib ki, bununla bağlı yerli icra orqanlarına tapşırıq verilib: “Avqustun 9-dək bu iş bitəcək”.

Azərbaycan Prezidentinin köməkçisi bildirib ki, seçici siyahılarının dürüstləşdirilməsi ən vacib məsələlərdən biridir: “Bu iş aidiyyəti qurumlar tərəfindən davam etdirilməlidir. İndiyə qədər seçicilərin sayı 22,2 % artıb. Bu, 28 iyuna olan rəqəmdir. Seçici siyahılarının dəqiqləşdirilməsi zamanı aydın olub ki, 2024-cu il iyunun 28-nə olan nəticələrə əsasən, Azərbaycanda səsvermə hüququ olan 6 milyon 334 min 444 nəfər seçici var.”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR