Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızda separatizmin kökü əbədi kəsilib

Baş nazir: Prezident İlham Əliyevin rəhbərliyi ilə  torpaqlarımızda separatizmin kökü əbədi kəsilib
# 05 dekabr 2023 11:42 (UTC +04:00)

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da şanlı Ordumuz tərəfindən mükəmməl şəkildə keçirilən bir günlük antiterror tədbirləri nəticəsində isə Qarabağda suverenliyimiz tam təmin edildi, torpaqlarımızda separatizmin kökü tamamilə və əbədi kəsildi.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı Baş nazir Əli Əsədov deyib.

Baş nazir bildirib ki, artıq bir müddətdir Milli Məclisin müxtəlif komitələrində büdcə müzakirələri çox fəal şəkildə aparılır: "Cəmiyyəti narahat edən məsələləri deputatlar müzakirələrdə qaldırıb və bunlar aidiyyəti qurumlar tərəfindən cavablandırılıb. Ötən ilin büdcə müzakirələri zamanı millət vəkilləri tərəfindən qaldırılan bir çox məsələlər bu il öz həllini tapıb. Müstəqilliyin bərpa olunmasından sonra Ümummilli Lider Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində Azərbaycan Respublikası bütün sahələrdə misli görünməmiş inkişafa, tərəqqiyə nail olub. Məlum olduğu kimi, cari ildə biz möhtərəm cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20 illiyini qeyd edirik. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev onun strateji inkişaf xəttini ardıcıllıqla və uğurla davam etdirərək müstəqil dövlətçiliyin və müasir inkişafın Azərbaycan modelini yaratdı. Ötən 20 il ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişlənib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmlənib. Təbii ki, əsrə bərabər 20 ilin ən şanlı səhifəsi işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 19-da şanlı Ordumuz tərəfindən mükəmməl şəkildə keçirilən bir günlük antiterror tədbirləri nəticəsində isə Qarabağda suverenliyimiz tam təmin edildi, torpaqlarımızda separatizmin kökü tamamilə və əbədi kəsildi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR