Bank Of Baku

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiq edilib

Bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin hazırlanma qaydaları təsdiq edilib
# 21 dekabr 2024 14:12 (UTC +04:00)

2025-ci il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində istifadə olunacaq seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydaları təsdiq edilib.

APA xəbər verir ki, qərarın qəbulundan əvvəl MSK-nın sədr müavini Rövzət Qasımov məsələ barədə məlumat verib.

O bildirib ki, qanunvericiliklə seçki bülletenləri səsvermə gününə 10 gün qalmış çap edilməlidir:

"Bələdiyyə seçkilərində bülletenlər respublika üzrə seçici sayından 3 faizindən artıq olmamaq şərti ilə çap olunacaq. Seçki bülletenlərində bələdiyyə üzvlüyünə namizədlər əlifba sırası ilə yazılır".

Qərarla müəyyən edilib ki, bələdiyyə seçkilərində istifadə olunması üçün ümumilikdə 6 milyon 52 min 721 ədəd seçki bülleteni hazırlanacaq.

Daha sonra müvafiq qərar layihəsinin mətni səsverməyə təqdim olunaraq, təsdiqlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR