Milli Məclisində heç bir siyasi partiyaya mənsub olmayan deputatların (bitərəflərin) Mərkəzi Seçki Komissiyasının (MSK) üzvlüyünə yeni namizədləri müəyyənləşib.
APA-nın xəbərinə görə, bitərəfərin MSK üzvlüyünə namizədləri Arifə Muxtarova, Qabil Orucov, Fuad Cavadov, İlham Məmmədov, Nailə Əsgərova və Elçin Xələfov olacaq.
Qeyd edək ki, Milli Məclisin 27 aprel 2021-ci ildə keçirilən iclasında MSK-nın hazırkı tərkibi formalaşdırılıb. Qanunvericiliyə əsasən, MSK-nın səlahiyyət müddəti 5 il olduğu üçün yenidən formalaşdırılmalıdır.