Bu gün Ermənistan Azərbaycanı etnik təmizləmədə ittiham edir. Amma hansı mənəvi haqla?!
APA xəbər verir ki, bunu parlamentin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında Milli Məclisin komitə sədri, deputat Bəxtiyar Əliyev deyib.
Deputat bildirib ki, ermənilər bizim vətəndaşları etnik təmizləməyə məruz qoyub:
"Biz bu tarixi həqiqəti dünyaya çatdırmalıyıq. Ermənilər bizim əhaliyə etnik təmizləmə edərək öz doğma yurd-yuvalarından qovub çıxarırdılar. Məqsəd xaricdə olan erməniləri bizim vətəndaşların evlərində məskunlaşdırmaq idi. İndi biz həmin dövrdə vətəndaşlarımızın ürək ağrısı ilə sovet rəhbərliyinə yazdığı məktubları oxuya bilərik. Bu faktları dünyaya çatdırmalıyıq. Biz göstərməliyik ki, qanunun aliliyi təmin edilir, tarixi ədalət bərpa olunur”.
Elm və təhsil komitəsinin sədri bildirib ki, Ermənistan delimitasiyaya qarşıdır: “Çünki bilirlər ki, onların yaylaq kimi istifadə etdiyi bəzi kəndlər də bizə qaytarılmalıdır".
Deputat kəndlərin birləşdirilməsi məsələsinə də toxunub. “Hesab edirik ki, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasına xidmət edir", - deputat qeyd edib.