Bank Of Baku

Deputat məktəblərdə Azərbaycan dili və ədəbiyyata ayrılan saatların artırılmasını təklif edib

Milli Məclisin deputatı Elnarə Akimova

© APA | Milli Məclisin deputatı Elnarə Akimova

# 13 noyabr 2025 14:37 (UTC +04:00)

“Bu gün həm dərs yükünün ağırlığı, həm də şagirdin repititora sərf olunan vaxtı ona əlavə sinifdənxaric oxu, mütaliə üçün imkan tanımır. Halbuki bu gün tədrisdə daha məqsədyönlü, azərbaycançılıq ruhunu ifadə edən inkişaf modelinə ehtiyac var”.

APA xəbər verir ki, bunu Milli Məclisin deputatı Elnarə Akimova deyib.

“Ona görə yaxşı olardı ki, milli ədəbiyyat nümunələrinin elektron arxivi yaradılsın. Məktəblərdə Azərbaycan dili və ədəbiyyatına ayrılan saatlar artırılsın və buna son dərəcə ciddi yanaşılsın. Çünki ölkə başçısı, cənab Prezident İlham Əliyev də bu yaxınlarda AMEA - da çıxışında dil amilinə toxundu.

Dediyim budur ki, mütaliə uşaqlarımıza, gənclərimizə həm mənəviyyatın formalaşması, həm də onların dillərinin səlasət qazanması baxımından yaxşı təsir göstərəcək”, - deputat bildirib.

O, həmçinin, məktəblərdə, xüsusilə regionlarda laboratoriya mərkəzlərinin yaradılmasının vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR