Bank Of Baku

Deputat problemlərin həll edilməsi nazirliyinin yaradılmasını təklif edib

Fazil Mustafa

© APA | Fazil Mustafa

# 10 oktyabr 2025 12:44 (UTC +04:00)

“Mən əvvəl də təklif etmişdim ki, gəlin, ayrıca bir nazirlik yaradaq - problemlərin həll edilməsi nazirliyi".

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

"Çünki ayrı-ayrı nazirlik, dövlət komitələri arasında səma rəqsində olduğu kimi dövr edən Azərbaycan vətandaşlarının bir çox hallarda asan məsələləri həll etməkdə nə qədər vaxt itirdiyinin şahidi oluruq. Ancaq ölkə Prezidentinin təşəbbüsu ilə yaradılan ASAN xidmət modelinin yaranmasından sonra vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu mexanizmini əldə edə bildik. Bu model insanları bir çox hallarda korrupsiyadan xilas etdi. Artıq adi məsələləri həll etmək üçün saatlarla gözləməyə ehtiyac yoxdur. Eyni adla, məsələn, AYNA 4 hərfdən ibarətdir. Amma məmnunluq baxımından ASAN xidmət hər zaman öndədir", - deputat qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR