Bank Of Baku

Deputat: Qeydiyyatdan çıxarılan sənədsiz evdə yaşayanlar sosial güzəştlərdən istifadə imkanlarını itirirlər

Deputat: Qeydiyyatdan çıxarılan sənədsiz evdə yaşayanlar sosial güzəştlərdən istifadə imkanlarını itirirlər
# 16 noyabr 2023 16:00 (UTC +04:00)

Polis bölmələrində qeydiyyatdan çıxarılan sənədsiz evdə yaşayanlar həm işə düzəlmə imkanlarını, həm də sosial güzəştlərdən istifadə imkanlarını itirirlər.

APA xəbər verir ki, bunu deputat Əziz Ələkbərov Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

Əziz Ələkbərov bildirib ki, bir müddət əvvəl sənədsiz evlərdə yaşayan və polis bölməsinə qeydiyyata düşənləri qeydiyyatdan çıxardılar: “Bu insanların içində Qərbi Azərbaycandan qaçqın düşənlər var idi. Bu insanlar həm işə düzəlmək imkanlarının itirirlər, həm də dövlətin sosial imkanlarından mərhum olunurlar. Bu məsələ ilə bağlı bizə çoxlu müraciətlər olur. Nazirlik bu məsələni diqqətdə saxlamalıdır. Bu insanları çıxarıb küçəyə atmaqla cəmiyyətdə gərginlik yaradılır. Ya onların qeydiyyata alınması ilə bağlı müəyyən qurumlar qarşısında məsələ qaldırılmalı, ya da müvafiq çıxarışlar verilməlidir”.

Şükran Məmmədov

Çingiz Səfərli

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR