Bank Of Baku

Efkan Ala: Azərbaycanın antiterror tədbirləriylə suverenliyini bərpa etməsi tarixi hadisədir

Efkan Ala: Azərbaycanın antiterror tədbirləriylə suverenliyini bərpa etməsi tarixi hadisədir
# 06 oktyabr 2023 14:37 (UTC +04:00)

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti qardaş Türkiyə Respublikasında səfərdədir.

YAP-dan APA-ya verilən xəbərə görə, səfər çərçivəsində oktyabrın 6-da Ankarada YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala arasında görüş keçirilib.

Efkan Ala Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin sarsılmaz və bütün dünyaya nümunə olduğunu diqqətə çatdırıb. 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlardan bəhs edən Efkan Ala Azərbaycanın lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini bərpa etməsini tarixi hadisə kimi dəyərləndirib. O, Azərbaycan ilə Türkiyənin təşəbbüslərinin bölgədə sülhə, sabitliyə və təhlükəsizliyə xidmət etdiyini bildirib, YAP ilə AK Parti arasındakı işbirliyinin gücləndirilməsinin Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına mühüm töhfə olduğunu söyləyib.

Tahir Budaqov Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə IV Böyük Fövqəladə Qurultayını keçirən AK Partiyə nümayəndə heyəti adından uğurlar arzulayıb, qurultayın nəticələrinin həm Ədalət və İnkişaf Partiyası, həm də bütövlükdə Türkiyə Rəspublikası üçün faydalı olacağına inamını ifadə edib.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycanın lokal xarakterli antiterror tədbirləri həyata keçirərək konstitusiya quruluşunu bərpa etdiyini və regionda sülhün, təhlükəsizliyin təmin olunması istiqamətində prinsipial mövqe sərgilədiyini bildirib.

Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında iki ölkənin hakim partiyaları olan Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyasının daimi təmaslarının, əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin mühüm rolu olduğunu bildirən Tahir Budaqov partiyalarımız arasında əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu söyləyib.

Daha sonra qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR