Bank Of Baku

Elektrik avtomobilləri üçün doldurucu kontrollerlər idxal rüsumundan azad edilib

Elektrik avtomobilləri üçün doldurucu kontrollerlər idxal rüsumundan azad edilib
# 11 aprel 2025 15:59 (UTC +04:00)

“Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təsdiqedici sənədinə əsasən, elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının istehsalı məqsədilə idxal olunan hissə və ləvazimatların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı” təsdiq edilib.

APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir və 2027-ci il 1 yanvar tarixinədək qüvvədədir.

Nazirlər Kabinetindən verilən izahda bildirilib ki, Qərarın qəbulu ilə elektrik mühərrikli avtomobillər üçün elektrik enerji doldurucularının yaddaşlı proqramlaşdırılan və proqramlaşdırılmayan kontrollerlərinin idxalının 2027-ci ilin 1 yanvar tarixinədək idxal gömrük rüsumundan azad edilməsi nəzərdə tutulur.

XİFMN üzrə kodu

Mal mövqelərinin adları

1

2

8537 10 910 0

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılan kontrolleri

8537 10 980 0

Elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci üçüncü səviyyə elektrik enerjisi doldurucularının yaddaşlı proqramlaşdırılmayan kontrolleri

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR