“Bu il Nəsib bəy Yusifbəylinin 140 yaşı tamam olur”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
Deputat bildirib ki, Nəsib bəy Yusifbəyli Azərbaycan hökumətinin başında olanda Azərbaycan müstəqilliyi de-fakto tanınıb: “O, 39 yaşında həlak olub. Lakin bu gün Nəsib bəy Yusifbəylinin yubileyi qeyd olunmur. Onun 140 illik yubileyi qeyd olunmalıdır”.