Bank Of Baku

Fərhad Abdullayev: Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi mövcuddur

Fərhad Abdullayev: Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi mövcuddur
# 20 dekabr 2023 11:56 (UTC +04:00)

Seçkilərin uğurlu keçməsi hər bir dövlətin imici ilə bağlıdır.

APA-nın xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

Fərhad Abdullayev bildirib ki, həm dövlətdaxili, həm beynəlxalq müstəvidə seçkilərin çox uğurla keçirilməsi mühüm əhəmiyyət kəsb edir: “Bizim Konstitusiyaya görə səsvermə nəticələri Konstitusiya Məhkəməsinə daxil olur və biz onu təsdiq edirik. Seçki hüququ insanın siyasi hüquqlarının realizəsi kimi Konstitusiyada öz əksini tapıb. Azərbaycanın demokratik seçki keçirmək təcrübəsi mövcuddur. Mən bütün insanları seçkilərdə aktiv iştirak etməyə çağırıram. Hər bir insan gələrək öz gələcəyini müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin üzərinə də olduqca məsuliyyətli vəzifələr düşür. Bu gün Azərbaycan sürətlə inkişaf edən, dünyada söz sahibi olan ölkədir. Ölkəmiz hər zaman milli dəyərlərə sadiqliyi ilə seçilir. Bu, böyük nailiyyətdir. Bunu dərk edib qorumaq və gələcək nəsillərə ötürmək siyasi əqidəsindən asılı olmayaraq hər birimizin borcudur. Biz prezident seçkilərinin uğurla keçirilməsinə və yekun vurulmasına nail olacağıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR