Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib
# 23 fevral 2024 11:43 (UTC +04:00)

Bu vəzifəyə mənim namizədliyimi irəli sürdüyü üçün Prezidentə təşəkkür edirəm.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə namizədliyi irəli sürülən Fikrət Məmmədov deyib.

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyinatı üçün and içib: “Bu gün özünün ən qüdrətli dövrünü yaşayan Azərbaycan;n bütün ərazilərində Konstitusiyamızın hüquqi qüvvəsi bərpa olunub. Hazırda ərazilərimiz Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə sürətlə bərpa olunur, soydaşlarımızın öz doğma torpaqlarına qayıdışı sevincini yaşayırıq. Belə dövrdə Konstitusiyanın aliliyinə xidmət etmək sevinci mənə nəsib oldu”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR