Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "Chevrolet ", "Mercedes", BMW" və daha bir minik avtomobili toqquşub.
Qəza zamanı 1989-cu il təvəllüdlü S. Mirzəyev və 1999-cu il təvəllüdlü F. Mirzəyev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.