Bank Of Baku

Məzahir Pənahov: İndiyə qədər 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb

Məzahir Pənahov: İndiyə qədər 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb
# 12 dekabr 2024 14:23 (UTC +04:00)

"Ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Yerlərdə indiyə qədər 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb".

APA xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

"Bələdiyyə seçkilərinə hazırlıqla bağlı bütün addımlar Mərkəzi Seçki Komissiyasının Təqvim Planına uyğun olaraq atılır. Yerlərdə namizədlərin irəli sürülməsi prosesi də davam edir. Onların qeydiyyatı prosesinə artıq başlanılıb. Mərkəzi Seçki Komissiya daim bu prosesi nəzarətdə saxlayır. İndiyədək hansısa xoşagəlməz hal ilə bağlı hər hansı müraciət daxil olmayıb", - MSK sədri vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR