Bank Of Baku

Məzahir Pənahov: Şəxsiyyət vəsiqələrinin etibarlılığı ilə bağlı düzgün izahat vermək lazımdır

Məzahir Pənahov: Şəxsiyyət vəsiqələrinin etibarlılığı ilə bağlı düzgün izahat vermək lazımdır
# 23 dekabr 2023 16:34 (UTC +04:00)

“Şəxsiyyət vəsiqələrinin etibarlılıq müddəti artıq göstərilir. Bizə də ancaq şəxsiyyət vəsiqəsinin etibarlılığı lazımdır”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, şəxsiyyət vəsiqələrinin yeni forması təsdiq edilib və orada artıq sadəcə, etibarlılıq müddəti göstərilir: “Bizim formada isə köhnə nəsil şəxsiyyət vəsiqələrinə uyğun olaraq vəsiqənin verilmə tarixi də tələb edilir. Amma vətəndaş, bütün tərəflər bilməlidir ki, bizə əvvəl şəxsiyyət vəsiqəsinin verilmə tarixi sənədin etibarlı olub-olmaması üçün lazım idi. Yeni nəsil şəxsiyyət vəsiqələrində isə artıq etibarlılıq müddəti göstərilir. Yəni bunu düzgün izah etmək lazımdır. Yoxsa, buna görə məhkəməyə verə bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR