Bank Of Baku

Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib - YENİLƏNİB

Milli Məclis İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul edib  - YENİLƏNİB
# 12 oktyabr 2023 14:36 (UTC +04:00)

Milli Məclisin xüsusi iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Bəyanat müzakirəyə çıxarılıb.

Bəyanatı parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Babaoğlu oxuyub.

Bəyanatda bildirilir ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət ölkəmizi regionun güc mərkəzinə çevirib: “Azərbaycanı dinamik inkişaf yoluna çıxaran Prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin 20 ili tamam olur. Dövlətimizin başçısı ötən müddətdə ölkəmizin sabitliyinin təmin etməklə bərabər, onu dayanıqlılığını təmin edib, ən əsası Azərbaycanın tam suverenliyi bərpa edilib. Hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezident İlham Əliyev ölkəmizin dünyada nüfuzunun daha da artmasına nail olub. Azərbaycan dilinin, adət-ənənələrimizin qorunub saxlanılması, dünya azərbaycanlılarının hüquqlarının qorunması diqqətdə saxlanılır.

Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində dövlətimizin suverenliyi ölkəmizin bütün ərazilərində bərpa edildi. Qarabağda qalan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası üçün işlər görülür. Ermənistanla sülh danışıqları davam etdirilir. Hazırda azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş vüsət alıb. İnamla söyləmək olar ki, Qarabağ və Şərqi Zəngəzur Azərbaycanın dilbər guşələrindən birinə çevriləcək. Milli Məclis əmindir ki, İlham Əliyevə xas olan siyasi səriştə sayəsində Azərbaycan inamla irəliləməyə nail olacaq”.

Bəyanat səsverməyə çıxarılaraq qəbul edilib.

***

saat 11.01

Milli Məclisin xüsusi iclası başlayıb.

APA xəbər verir ki, iclasın gündəliyinə “İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı” məsələsi daxil edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR