Bələdiyyə seçkiləri nəticəsində 681 bələdiyyə tam tərkibdə formalaşıb.
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK katibi Arifə Muxtarova deyib.
O bildirib ki, 8039 bələdiyyə üzvü seçilib.
Qeyd edək ki, MSK-nın qərarı ilə 78 saylı Lənkəran kənd seçki dairəsi üzrə Şürük və 117 saylı Oğuz – Qəbələ – Şəki seçki dairəsi üzrə Padar bələdiyyəsinə seçkilər etibarsız sayılıb. O cümlədən MSK-nın müraciətlər əsasında qəbul etdiyi qərarla 81 saylı İmişli seçki dairəsində Bəcirəvan bələdiyyəsinə keçirilən seçkinin nəticələri etibarsız hesab olunub.
90 saylı Ağsu seçki dairəsi üzrə Gəgəli bələdiyyəsinin üzvü rəhmətə gedib, buna görə də həmin bələdiyyə tam formalaşmayıb.
Beləliklə, 118 seçki dairəsi üzrə 685 bələdiyyədən 681 bələdiyyə tam tərkibdə formalaşıb.