“İşğal dövründə məcburi köçkünlərin səs verməsi ilə bağlı problem bir beynəlxalq təşkilat tərəfindən də vurğulanmayıb".
APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, onlara hər zaman bu problem deyilib: “İşğal altında olan ərazilərdə yaşamış vətəndaşların səsvermə prosesinin çətinliyi barədə biz beynəlxalq təşkilatlara məlumat verirdik. Amma onlar bir dəfə də olsun bunu qeyd etməyiblər. Onlar əvvəllər bizdən problemimiz barədə soruşurdular, amma biz hər dəfə məcburi köçkünlərlə bağlı problemi deyirdik deyə artıq bunu soruşmamağa başladılar”.
MSK sədri bildirib ki, növbədənkənar prezident seçkilərində ilk dəfə azad olunmuş ərazilərdə səs verəcək vətəndaşlara göndəriləcək bildirişdə əlavə bəndin qeyd edilməsi qanunvericiliyin tələbinə uyğundur.