Bank Of Baku

MSK sədri: Növbəti illərdən bələdiyyə seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov

© APA | Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov

# 20 yanvar 2025 12:12 (UTC +04:00)

Bu il işğaldan azad olunmuş ərazilərdə bələdiyyə seçkiləri keçirilməyəcək.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, artıq növbəti illərdən bələdiyyə seçkiləri də bütöv Azərbaycan ərazisində keçiriləcək.

MSK sədrinin sözlərinə görə, bələdiyyə seçkilərində ilk dəfə olaraq ölkədəki 26 siyasi partiyadan 23-ü iştirak edəcək.

Məzahir Pənahov qeyd edib ki, bələdiyyə seçkilərinin nəticələri həmin gün axşam və ya ayın 30-u açıqlanacaq. Seçkiləri 70 mindən artıq müşahidəçi izləyəcək.

O əlavə edib ki, seçkilərdə iştirak üçün xarici müşahidəçilər müraciət etməyib.

Qeyd edək ki, yanvarın 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR