Bank Of Baku

MSK sədri: Sabah Azərbaycanda 8071 bələdiyyə üzvü seçiləcək

MSK sədri: Sabah Azərbaycanda 8071 bələdiyyə üzvü seçiləcək
# 28 yanvar 2025 14:03 (UTC +04:00)

"Sabah artıq Azərbaycanda 685 bələdiyyəyə 8 071 bələdiyyə üzvü seçiləcək”.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında bu gün keçirilən mətbuat konfransında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, seçicilər 5 846 məntəqədə səs verəcəklər: “Ümumilikdə 118 seçki dairəsi hüdudları çərçivəsində 685 bələdiyyə var. 125 seçki dairəsindən 7-si tamamilə məcburi köçkün dairələridir ki, onlar bu seçkilərdə iştirak etmir”.

Məzahir Pənahov qeyd edib ki, 5734 məntəqə daimi, 112 məntəqə isə müvəqqətidir: “5846 məntəqədə seçicilərin səs verməsi üçün bütün addımlar atılıb. Seçkilərin keçirilməsinə məsul olan orqanlar işin öhdəsindən yüksək səviyyədə gəlib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR