Bank Of Baku

MSK sədri xaricdəki Azərbaycan vətəndaşlarına müraciət edib

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov

© APA | Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov

# 31 iyul 2024 10:13 (UTC +04:00)

Azərbaycandan xaricdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-nə qədər ölkəyə gəlməlidirlər.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

MSK sədri deyib ki, prezident seçkilərindən fərqli olaraq parlament seçkiləri dövründə ölkə xaricində seçki məntəqələri təşkil edilmir: “Buna görə də xarici ölkələrdəki vətəndaşlar parlament seçkilərində iştirak etmək istəyirsə, sentyabrın 1-də Azərbaycanda olmalıdırlar”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR