Bank Of Baku

MSK sədrinin müavini: 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq

MSK sədrinin müavini: 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq
# 21 yanvar 2025 16:12 (UTC +04:00)

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində səsvermə prosesində seçki məntəqələrində veb-kameralardan istifadə barədə məlumat verilib.

APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, veb-kameraların Azərbaycanda müsbət təcrübəsi var: “Aşkarlıq ən ümdə meyarlardan biridir. Ölkədə 70 minə yaxın yerli müşahidəçi bələdiyyə seçkilərini müşahidə edəcək. Veb-kameralardan istifadə səsvermə günü şəffaflığın artırılması üçün tətbiq olunan layihədir. 1000 seçki məntəqəsində qurulan veb-kameralar vasitəsilə bütün proseslər müşahidə ediləcək. Bu da aşkarlıq üçün çox mühüm vasitəyə çevrilib. Bələdiyyə seçkiləri keçiriləcək 118 seçki dairəsinin 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılacaq”.

Veb-kameralar quraşdırılan bəzi məntəqələrdə müəyyən dəyişikliklər olub: “2024-cü il noyabrın 26-da 51 seçki məntəqələrinin hüdudlarında dəyişiklik etmişik. Ümumilikdə 89 seçki məntəqəsinin parametrlərində dəyişiklik edilib. 62 məntəqənin isə nömrəsində dəyişiklik edilsə də, bu məntəqələrdə veb-kameralar əvvəldən var. 15 yeni seçki məntəqəsində isə yeni veb-kameraların quraşdırılması qərarına gəlinib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR