Bank Of Baku

Namizədlərin seçki komissiyalarındakı qohumlarının fəaliyyətinin dayandırılması təklif olunub

Namizədlərin seçki komissiyalarındakı qohumlarının fəaliyyətinin dayandırılması təklif olunub
# 29 dekabr 2024 14:17 (UTC +04:00)

Bəzi bələdiyyə üzvlüyünə namizədlərin seçki komissiyalarının üzvləri ilə qohumluq əlaqələri var.

APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, buna görə də həmin komissiya üzvünün fəaliyyətinin dayandırılması, ya da fəaliyyətinə müvəqqəti xitam verilməsi məsələsi meydana çıxır: “Seçkilərin yekunlarına qədər bu cür komissiya üzvlərinin fəaliyyətinə müvəqqəti xitam verilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR